Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

nizçi peşəsi ilə bağlı beş maraqlı

Çətin saatlar (Finest hours) – Gəmi xilasetmə əməliyyatından bəhs edən filmin mövzusu gerçək hadisədən götürülüb. 18 fevral 1952-ci ildə İngiltərənin şərq sahillərini vuran və qarşısına çıxan bütün gəmiləri alt-üst edən fırtına Bostona aid “SS Pendleton T-2” neft tankerini ikiyə bölür. Gəmidə olan 30 nəfərlik heyət ölümlə üz-üzə dayanır. Mexanik Ray Sibert qorxuya düşən heyət üzvlərini ələ alır. Fəlakət xəbəri Massaçusetdə yerləşən Sahil Təhlükəsizlik ofisinə çatır. Hadisə yerinə xilasetmə üçün taxtadan hazırlanmış qayıq göndərilir. Beləliklə, qayığın kapitanı Bernie Vebber heyət üzvləri ilə birgə nəhəng dalğalara və fırtınalara qarşı mübarizəyə başlayır. Mübarizə elə də asan olmur… Kapitan Filips (Captain Phillips) –  Dənizçi Riçard Filips ticarət gəmisinin kapitanıdır. Onun işi qiymətli konteynerlərlə yüklənmiş gəmini bir limandan digər limana çatdırmaqdır. Böyük hissəsi gəmi göyərtəsində və açıq səma altında cərəyan edən film izləyicini 2 saatdan çox müddət ərzində daim həyəcanda saxlayır və darıxmağa qoymur. Əksər Hollivud filmlərinə zidd olaraq gəmi heyəti qeyri-atletik, əsasən orta yaşlı insanlardan təşkil olunmuşdur ki, bu da filmi bir qədər də həqiqi göstərir. Bu kinoya yalnız Amerikalı gəmi heyətinin rakursundan baxmaq lazım deyil, çünki film qismən Somali piratları haqqındadır. Hind Okeanı sahililərində yaşıyan Somali balıqçıları  iri quldur dəstələri tərəfindən okeana çıxıb iri ticarət və turist gəmilərini qarət etməyə təhrik olunurlar. Kəndlərini basqınçılardan qorumaq və daha yaxşı güzəran əldə etmək üçün bu onların yeganə yoludur. Onu da qeyd etməyə dəyər ki filmdə baş rolları ifa etmiş hər iki aktyor, Tom Hanks və Barkhad Abdi öz əməklərinə görə Oskar mükafatına namizəd olublar.  Dənizin ortasında (İn the heart of the sea) – 1820-ci illərin qış aylarında “Nantucket” adlı balina ovlamaq üçün nəzərdə tutulan  gəmi inanılmaz bir hücuma məruz qalır. Belə ki, gəmi bir neçə dişli balinanın hücumu nəticəsində parçalanır. Okeanın ortasında yaşanan bu sağqalma mübarizəsinin hər anı həyacanlıdır. Onu da deyək ki, film real bir dəniz fəlakətindən bəhs edir. Sarmaşıq (Sarmaşık) – Hər şey öz qaydasında gedərkən qəfil gəmi sahibi iflasa uğrayır və gəmi heyətinin arasında gərginlik yaşanır. Artıq iyerarxiya, rütbəcə özündən böyük olmaq işə yaramır. Tapşırıqlar icra olunmur, mübahisələr, davalar başlayır. “Sarmaşıq” filmi insan ruhunun ən dərin qatlarının ifadəsidir. İnsanın nələrə qadir olduğunu göstərir. Sarmaşıq” əvvəldən axıra kimi tamaşaçını gərginlikdə saxlamağı bacarır. Sona doğru (All is lost) – Hind okeanından tək başına səyahətə çıxan bir nəfər yaxtasının bir gəmiyə çırpılmasından sonra şüurunu itirir. Dənizin ortasında çox çətin vəziyyətə düşür. Radionaviqasiya avadanlıqlarını itirib, bütün əlaqələri kəsilib. Lakin, o təcrübəsinə və inadkarlığına inanaraq sağ qalacağına ümid edir. Filmin sonluğu hamınızı təəccübləndirəcək. O, qəzadan xilas olmağı bacaracaqmı? Maraqlı sualdır… 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır