• Bakı, 2020-10-31,
Seanews
Heyder Eliyev

niz ulduzları – FOT

Dəniz ulduzları dərisitikanlılar tipindən onurğasız heyvan sinfidir. Latınca adı “Asteroida”dır. Təqribən 1600 növü var. Ulduz şəkilli və ya beşguşəli dərisitikanlıdır. Bədən mərkəzi diskdən və ondan çıxan beş şüadan təşkil olunub ki, bu şüalara qollar da deyirlər. Dəniz ulduzu kərpici-qırmızı, bənövşəyi və ya qəhvəyitəhər rəngdə olur. Ağzı bədəninin alt tərəfində yerləşir. Şüaların alt tərəfində yerləşən şırımlar boyunca çoxlu miqdarda ayaqcıqlar yerləşir. Hər bir ayaqcığın divarları əzələlidir və ayaqcığın ucunda sormac var. Kanallardan gələn suyun təzyiqi nəticəsində ayaqcıqlar düzəlib uzanır və uclarında olan sormacla müxtəlif sualtı əşyalara – qayalıqların sürüşkən səthinə, daşlara və başqa yerlərə yapışır. Dəniz ulduzları yırtıcı heyvanlardır. Onlar əsasən molyuskalarla qidalanır. Dəniz ulduzunda qan-damar sistemi var. Bu sistem mərkəzi diskdə olan halqaşəkilli damardan və qollardan təşkil olunub. Mədə divarlarına sorulan qida maddələri qan damarları ilə bütün bədənə daşınır. Dəniz ulduzunun qanı rəngsizdir. O, işığı qaranlıqdan seçə bilir, qollarının ucunda işığı hiss edən gözcüklər var. İşıq güclü olduqda dəniz ulduzu kölgəyə çəkilir. Ayaqcıqlar duyğu üzvləri rolunu oynayır. Dəniz ulduzu öz şikarını qoxubilmə hissi ilə tapır.  Əksəriyyətinin uzunluğu 12-25 santimetr olsa da, bəzilərinin ölçüləri 2 santimetrlə 1 metr arasında dəyişir. Bu canlı adından göründüyü kimi dənizdə yaşayır. Oksigen bədənə dərini əhatə edən sudan keçir və habelə su-damar sistemi ilə gəlir. Kiçik molyuskaları bütöv udurlar. Dəniz ulduzu suda həll olmuş oksigenlə tənəffüs edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır