Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

nizçilik ticarətinin etik və iş kodekslərinin yaradıcıları-TA

Avropa miyqasında önəmli rol oynayan ilk dəniz respublikası Amalfi  olmuşdur. Ərəblərin Aralıq dənizində qurduqları hakimiyyəti ələ keçirən Amalfi tacirləri X əsrdə İtaliyanın cənubunda və şərqində yeni ticarət mərkəzləri formalaşdırmağa başlamışdılar. Konstantinopol şəhərində ilk ticarət koloniyası da Amalfi tacirləri tərəfindən salınmışdır. Amalfi tacirləri gələcəkdə onların adı ilə adlandırılacaq qanunlar toplusu – dənizçilik ticarətinin etik və iş kodekslərini hazırlamış və bu qanunlar uzun illər Avropa dənizçiləri tərəfindən vahid şəkildə qəbul edilmişdir. 1039-cu ildə Amalfi Salerno Knyazlığının nəzarəti altına keçmişdir. 1073-cü ildə isə Robert Quiskard tərəfindən şəhər yağmalanmışdır. 1096-cı ildə Amalfi şəhər əhalisi kütləvi üsyanlardan sonra müstəqilliyini elan etsə də, 1101-ci ildə üsyan yatırılmışdır. 1130-cu ildə yenidən alovlanan üsyan hərəkatı bir ildən sonra yatırılmışdır. X və XI əsr aralığında yaşadığı hadisələr nəticəsində Amalfi şəhəri öz gücünü itirməyə başlamışdır. Təbii fəlakətlər, xüsusilə daşqınlar nəticəsində şəhərin əhalisi azalmağa başlamış və XI əsrin sonlarına yaxın Amalfi Respublikası öz strateji əhəmiyyətini Napoli şəhərinə uduzmuşdur. 774-cü ildən etibarən Papa dövlətinin tərkibində yer alan Ankona, Müqəddəs Roma imperiyasının təsirlərinə məruz qalsa da XII əsrə doğru öz müstəqilliyini əldə etmişdir. Dəniz sahillərində yerləşən ərazilərinin əsasən Venesiya Respublikasının nəzarəti altında qalmasına baxmayaraq, Müqəddəs Roma imperiyası ilə yaratmış olduqları ticarət və iqtisadi münasibətlər nəticəsində şəhərin daxili inkişafına nail olunmuşdur.  Ankonanı digər şəhər dövlətlərindən fərqləndirən əsas cəhətlərdən biri də diplomatik münasibətlərə daha çox üstünlük verməsi idi. Belə ki, Ankona Respublikasının Müqəddəs Roma imperiyası ilə yanaşı, Osmanlı imperiyası ilə də gözəl diplomatik münasibətləri vardı. Bu münasibətlər nəticəsində türk diplomat və dənizçilər üçün Avropa səfərləri daha təsirli formada təşkil edilirdi. Ankonanın müstəqil dövlət olması qonşu şəhər dövlətləri üçün daim təhlükəli olsa da, Ankona mövcud olduğu müddət ərzində heç bir qonşu şəhər dövlətinin ərazisinə hücum etməmişdir. 1532-ci ildə müstəqilliyini itirən Ankona Roma Papası VII Klement tərəfindən Papa dövlətinin tərkibinə qatılmışdır. Rövşən Abdurəhmanov  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır