• Bakı, 2019-12-12,
Seanews
Heyder Eliyev

nizdə çimmək insan üçün çox faydalı

Dəniz suyunun faydaları haqqında hələ lap qədimdən bəzi fikirlər var. Məsələn, Hippokrat dəniz suyunun faydasını öyrənmək üçün balıqçıların səhhətinə diqqət yetirməyin yetərli olduğunu deyirdi. O hesab edirdi ki, sağlam orqanizmə malik olan balıqçıların əlini tor qarmaqlar tez-tez kəssə də dəniz suyu bu yaraları dərhal müalicə etmək xüsusiyyətinə malik olub. Dəniz suyunun tərkibi i 104 ana element və mineraldan ibarətdir. Dərinin məsamələrindən daxil olan dəniz suyu bədən funksiyalarını tənzimləyir.  Günəş şüası isə dəniz suyunun və qumun təsirini dəfələrlə artırır. Türkiyəli estetik plastik və rekonstruktiv cərrah Bülənd Cihantimur isə  bildirir ki, dəniz səsi sinirlər, suyu isə dəri üçün faydalıdır. Onun sözlərinə görə, dəniz kənarındakı yodlu hava beyni fəallaşdırır, yaddaşı möhkəmləndirir və bədəni cavanlaşdırır. Dəniz suyu həyat tonusunu artırır və orqanizmin müdafiə qüvvələrini gücləndirir. Su səsi ürək ritmi üzərində sakitləşdirici təsir yaradır, bədən bu zaman daha çox oksigen tələb edir və dərindən nəfəs almaq ehtiyacı hiss edir. Ona görə də kardioloqlar ürək xəstələrinə yay mövsümündə dənizdə çimməyi tövsiyə edir.  Nə qədər qəribə olsa da dəniz suyunun  psixoloji xəstəliklərə də dərman olduğu deyilir. Bu sırada depressiya, stress, nevrozun adı çəkilir. Mütəxəssislərin bildirdiyinə görə, bu xəsətliklər tərkibində brom, maqnezium və litium maddələri olan dərmanlarla müalicə edilir. Bu maddələr isə dəniz suyunda olduğundan sakitləşdirici təsirə malikdir. Duzlu su dəridəki sızanaqlar və ləkələrə də  müsbət təsir göstərir. Günəşin şüası altında sağlam qaralma isə dərinin yenilənməsinə səbəb olur. Ancaq bu zaman təbii qaralmaya diqqət yetirmək və dəri xərçənginə yol aça biləcək təmasdan qaçmaq lazımdır.  Dəniz suyunun tərkibindəki kalsium karbonat, maqnezium xlor,  sulfat, potasium xlor, maqnezium sulfat yaralara da müsbət təsir göstərir. Əl və hətta ağız yaralarında dəniz suyunun müalicəvi əhəmiyyəti var. Dəniz suyundakı yod, mineral duzları, amino asit immuniteti gücləndirir. Araşdırmalar da göstərir ki, dəniz suyunun tərkibində 90-a yaxın faydalı, hətta şəfalı maddə var. Onlar arasında ən əhəmiyyətlisi kalium xloriddir. Kalium xlorid dərinin elastiklik dərəcəsini artırır, onun səthini hamarlaşdırır və təravət bəxş edir. Dalğalar dəriyə yüngül masaj effekti verir, oksigenlə zənginləşdirir, qan dövranının işini yaxşılaşdırır, təzyiqi aşağı salır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır