• Bakı, 2019-12-08,
Seanews
Heyder Eliyev

möhtəşəm mayaklar-

“Əgər fırtınada ümidverici bir şey varsa, o da mayakın işığıdır”. Tanınmış  Finlandiya yazıçısı Tuve Yansonun bu fikri mayak adlanan  nəhəng tikililərin funksiyasını çox aydın ifadə edir. Mayak dənizçi üçün dan ulduzu, ümid simvoludur. Neçə min tonluq bu nəhənglər əsrlərlə amansız dalğaların qarşısında dayanır. Onların işığı isə yüzlərlə gəmiyə yol göstərir. Hər bir mayak maraqlı tarixə malikdir. Ən qədimi romalılar tərəfindən e.ə 100-cü ildə tikilən və bu günə kimi İspaniya sahillərində dayanan “Herkules Qalası”dır. Bu mayakın hündürlüyü 41 metrdir. Əsl mayaklardan əlavə qədim dövrlərdə gəmiləri tələyə salmaq üçün yalançı mayaklar da inşa edirdilər. Məqsəd ticarət gəmilərini qarət etmək idi. Aldanan  dənizçilər bu “troya atının “ işığına gedib məhv olurdular. Romantik obrazlar yaradan nəhəng mayaklar keçmişdə qalıb. Onları müasir radio-naviqasiya sistemləri əvəzləyib. Amma bir  simvola çevrilən bu nəhənglər daim dənizçilər üçün mövcud olacaq. Seanews.az saytı dünyanın ən möhtəşəm mayaklarının fotolarını toplayıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır