Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-26,
Seanews
Heyder Eliyev

Avstraliyalı sualtı ovçu həyatı bahasına başa gələ biləcək hadisə ilə üzləşib

Avstraliyalı təcrübəli sualtı ovçu Emmanuel Bova Sidneydən bir qədər aralıda yerləşən Kral Milli Parkının sahillərində həyatı bahasına başa gələ biləcək hadisə ilə üzləşib.

Oxu.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bovanın sözlərinə görə, o, dənizdə gözlənilmədən 4-5 metr uzunluğunda nəhəng ağ köpəkbalığı ilə üz-üzə gəlib.

O, soyuqanlılığını itirmədən skuterə çatmağa müvəffəq olub. Lakin təhlükə bununla bitməyib. Köpəkbalığı onu sahilə qədər izləyib və hətta quruya çıxdıqdan sonra da yaxınlıqda dövrə vurmağa davam edib.

Ovçu bu hadisənin son üç il ərzində ağ köpəkbalığı ilə dördüncü qarşılaşması olduğunu bildirib və Sidneydə bu yırtıcıların sayının artmasından narahatlığını ifadə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır