

Antarktikada imperator pinqvinlərinin sayı 22% azalıb
Antarktikanın Uedel və Bellinshauzen dənizlərini əhatə edən bölgəsində yaşayan imperator pinqvinlərinin sayı son 15 ildə 22 faiz azalıb.
“Seanews.az” xəbər verir ki, bu barədə məlumat Britaniyanın Antarktika Araşdırmaları İnstitutunun (BAS) dərc etdiyi yeni elmi araşdırmada yer alıb.
Alimlər 2009–2024-cü illərə aid peyk görüntülərini təhlil edərək, bölgədəki pinqvin koloniyalarını müşahidə ediblər. Araşdırmanın nəticələrinə görə, azalma əsasən dəniz buzlarının əriməsi ilə əlaqədar olub.
Tədqiqatçılardan Piter Fretvell bildirib ki, dəniz buzu pinqvinlər üçün həyati əhəmiyyət daşıyır. Onlar həm orada yuva qurur, həm də qidalanırlar. Fretvell əlavə edib ki, istiləşən okean suları və dəyişən yağıntı rejimləri pinqvin balalarının sağ qalma ehtimalını da azalda bilər.
Qeyd edək ki, pinqvinlərin bir çox növləri mövcuddur. Onların ən nəhəngi imperator pinqvinidir. Bu pinqvinlərin boyu yetkin insan boyuna, yəni təxminən 160 santimetrə bərabərdir. Çəkiləri isə 60 kiloqrama çatır.