

ABŞ və Cənubi Koreya atom konteyner gəmiləri inşa edəcək
Amerika nüvə reaktoru istehsalçısı “TerraPower” və Cənubi Koreyanın “HD Hyundai Heavy Industries” (“HH”I) gəmiqayırma zavodu reaktor mühərrikləri ilə işləyən modul konteyner gəmilərinin tikintisi layihəsində əməkdaşlıq edəcəklər.
“Seanews.az” “Loadstar”-a istinadən xəbər verir ki, tərəfdaşlar Çin gəmi istehsalçıları ilə rəqabətdə üstünlük əldə etmək və “CO2 neytral gəmilərin tikintisində qabaqcıl olmaq” niyyətindədirlər.
İmzaladıqları müqavilədə “SMR” seriyalı gəmi mühərriki modellərinin işlənib hazırlanmasını başa çatdırdıqdan sonra 2030-cu ilədək bazara belə mühərriklərə malik konteyner gəmilərini təqdim etmək nəzərdə tutulur.
Natrium reaktorunun “SMR” ilə işləyən konteyner gəmilərinin əsas komponentinə çevriləcəyi gözlənilir.
“Operatorlar bu layihədə maraqlıdırlar, çünki yanacaq çənlərinin yerində əlavə yüklər yerləşdirilə bilər və neftin qiymətinin kəskin bahalaşmasının isə qorxusu olmayacaq”, - nəşr yazır.