Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-06,
Seanews
Heyder Eliyev

Daha iki konteyner xəttinin yeni gəmilərində “Ön şüşə” quraşdırılır

“Evergreen” və “Pacific International Lines” (“PIL”) yanacağa qənaət etmək üçün tikilməkdə olan konteyner gəmilərini küləkdən qoruyucularla təchiz edir.

“Seanews.az” bu barədə “Alphaliner”-ə istinadən xəbər verir.

“Ön şüşə” rolunu oynayan avadanlıq yanacaq sərfiyyatını və emissiyaları azaltmaqla yanaşı, gəminin aerodinamikasını yaxşılaşdırmalıdır.

“Ön şüşə” ilk dəfə “Norasia” konteyner xətti tərəfindən 20 il əvvəl inşa edilmiş daha kiçik konteyner gəmilərində sınaqdan keçirilmişdir.

Beş il əvvəl Yaponiyanın “MOL” şirkəti bu texnologiya ilə təcrübə aparmağa başladı, sonra “ONE” və “CMA CGM” şirkətləri də bəyəndi.

Qeyd edək ki, “ONE” yeni gəmilərini kütləvi şəkildə külək deflektorları ilə təchiz edir. Belə ki, bu ilin yanvarında Yaponiya daşıyıcısı metanolla işləyəcək 13 min TEU-luq  12 konteyner gəmisi sifariş verərkən konteynerdaşıyanların hər birində “ön şüşə”nin quraşdırılmasını da istəyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır