

ASCO “NETWORK CUP”da "play-off" mərhələsinə yüksəlib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən “NETWORK CUP” minifutbol turnirində qrup mərhələsinə yekun vurulub. Turnirin “D” qrupunda çıxış edən ASCO komandası uğurlu nəticələr göstərərək play-off mərhələsinə vəsiqə qazanıb.
Komanda qrup mərhələsində ilk oyununda “Aztelekom”u 3:2 hesabı ilə məğlub edib. İkinci turda ADY ilə 1:1 hesablı bərabərlik əldə edən ASCO, daha sonra İKTA üzərində 7:5 hesablı əzmkar qələbə qazanıb. Qrupun son oyununda “BakuBus” ilə qarşılaşan kollektiv 5:3 hesablı üstünlüklə mərhələni başa vurub.
ASCO "play-off" mərhələsində “Bakı Metropoliteni” komandası ilə qarşılaşacaq. Bu görüşün qalibi turnirin yarımfinalına yüksələcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır