ASCO “NETWORK CUP”da növbəti oyununu heç-heçə ilə başa vurub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkil etdiyi “NETWORK CUP” minifutbol turnirində ASCO futbol komandası növbəti oyununu keçirib.
“Koroğlu-Sportster” stadionunda baş tutan qarşılaşmada dənizçilərin rəqibi Azərbaycan Dəmir Yollarının (ADY) komandası olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
ASCO komandası növbəti oyununu 25 may tarixində keçirəcək. Bu dəfə rəqib İKTA-nın komandası olacaq.
ASCO “NETWORK CUP” turnirində D qrupunda mübarizə aparır. Bu qrupda ADY, İKTA, “BakuBus” və “Aztelekom” komandaları da yer alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır