“CMA CGM”-in baş direktorunun ailə holdinqi “Pathé” kinostudiyasının 20%-ni satın alıb
“CMA CGM”-in baş direktoru Rodolf Saadenin ailə holdinqi olan “Merit France” dünyanın ən qədim ikinci film şirkəti olan Fransanın “Pathé” kinostudiyasının 20%-ni satın alıb.
“Seanews.az” “Splash”-a istinadən xəbər verir ki, sövdələşmənin məbləği açıqlanmayıb.
“Biz sektorun inkişafına töhfə vermək və Fransa kino mədəniyyətini bütün dünyada təbliğ etmək istəyirik”, - deyə R.Saade bildirib.
1896-cı ildə əsası qoyulmuş “Pathé” bütün Avropada bir sıra kinoteatr şəbəkələri və televiziya kanallarına sahib olan fransız film istehsalı və yayım şirkətidir. 1900-cü illərin əvvəllərində o, dünyanın ən böyük film və avadanlıq şirkəti, eləcə də rekord istehsalçı olub.
Qeyd edək ki, R. Saade Fransanın “M6” media holdinqinin, gündəlik “La Provence” qəzetinin, həmçinin “BFM” xəbər kanalının, “RMC” radiostansiyasının və onlayn media platforması “Brut”-un 10%-nə sahibdir.