Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-06,
Seanews
Heyder Eliyev

“Maersk” donanmasının ümumi tutumunu 4,3 milyon TEU ilə məhdudlaşdırmaq strategiyasından müvəqqəti geri çəkilir

“Maersk” konteyner donanmasının ümumi tutumunu 4,3 milyon TEU ilə məhdudlaşdırmaq strategiyasından müvəqqəti olaraq geri çəkilir.

“Seanews.az” “Alphaliner”-ə istinadən xəbər verir ki, Danimarka daşıyıcısı son həftələrdə konteyner gəmiləri icarəyə götürməklə daşıma qabiliyyətini 4,5 milyon TEU-ya çatdırır.

“Maersk”, “Hapag-Lloyd” (“Gemini Cooperation”) alyansı vasitəsilə ən böyük xətlər sıralamasında lider olan “MSC” və “Okean Alliance” ilə donanmalarının tutumunda fərqi aradan qaldırmağa çalışır.

“Maersk” 2018-ci ildən bəri 4,3 milyon TEU tutum həddinə malikdir.

Qeyd edək ki, “Maersk” konteyner gəmilərini icarəyə götürsə də, “MSC” ilə tutum fərqi hələ də böyükdür və “MSC” həm yeni, həm də işlənmiş konteyner gəmilərini almağa davam etdiyi üçün üç ay ərzində 2 milyon TEU-nu keçəcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır