Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-06,
Seanews
Heyder Eliyev

“MOL”-un 24-cü maliyyə ilində gəliri 9,1% artaraq 10,9 mlrd təşkil edib

Yaponiyanın “Mitsui O.S.K. Lines” (“MOL”) qrupunun 2024-cü maliyyə ili üçün (1 aprel 2024-cü il - 31 mart 2025-ci il) gəliri əvvəlki maliyyə ilindən 9,1% artaraq 1,7 trilyon yen (10,97 milyard dollar) təşkil edib.

“Seanews.az” xəbər verir ki, bunu qrupun hesabat dövrü üçün konsolidə edilmiş maliyyə göstəriciləri sübut edir.

Əməliyyat gəliri (EBIT) 973 milyon dollar (+46,3%), adi gəlir 2,7 milyard dollar (+62,1%), əsas şirkətə aid olan gəlir 2,7 milyard dollar (+62,6%) təşkil edib, səhm üzrə mənfəət 7,74 dollar, əməliyyat gəliri əmsalı isə 8,5% olub.

2024-cü maliyyə ili üçün konsolidasiya edilməmiş maliyyə nəticələri: “MOL”-un gəliri 5,93 milyard dollar, əməliyyat gəliri 55 milyon dollar, xalis gəlir 1,4 milyard dollar, səhm üzrə mənfəət 3,9 min dollar təşkil edib.

Bundan əlavə, “MOL” 2025-ci il üçün maliyyə proqnozu göstəricilərini də açıqlayıb. Gəlirlərin 10,9 milyard dollar, əməliyyat gəlirinin 645 milyon dollar və adi gəlirin 968 milyon dollar olacağı proqnozlaşdırılıb. Əsas şirkətə aid olan xalis gəlir 1,097 milyard dollar ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır