Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-03,
Seanews
Heyder Eliyev

Argentina mal-qaranın dəniz yolu ilə daşınmasına qoyulan 52 illik qadağanı aradan qaldırıb

Argentina 1973-cü ildə diri mal-qara ixracına qoyulmuş qadağanı ləğv edib.

“Seanews.az” “Splash247” nəşrinə istinadən xəbər verir ki, bu qərar bir çox ölkələrin humanistliyə görə dəniz yolu ilə heyvanların daşınmasından imtina etməsi fonunda qəbul edilib.

Bu gün Argentina dondurulmuş mal əti üzrə dünyanın ən böyük ixracatçılarından biridir: ət istehsalı ölkənin iqtisadi artımının əsasına çevrilib.

Qeyd edək ki, hazırda dünyada ixtisaslaşmış dəniz gəmiləri 100-dən bir qədər çox mal-qaranın daşınması üçün nəzərdə tutulub. Eyni zamanda, bəzi gəmilər hazırda boş dayanır. Aralarında hətta yaşı 60-ı keçən olsa da, mal-qara daşıyan gəmilərin orta yaşı 39 ildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır