Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-03,
Seanews
Heyder Eliyev

Qazaxıstanda nadir balıq növləri və Xəzər suitisi üzərində elmi təcrübələr aparılacaq

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi dənizdən məhdud sayda nadir və nəsli kəsilməkdə olan balıq və digər su heyvanlarının çıxarılmasını nəzərdə tutan layihə hazırlayıb.

AZƏRTAC bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsinə istinadla xəbər verir ki, layihəyə əsasən, Xəzər suitisi, Aral tikanbalığı, Aral şirbiti, nelma və Xəzər qızılbalığı çıxarılacaq. Bu tədbir elmi tədqiqat və reproduksiya fəaliyyətinin aparılmasına yönəlib.

Qərar layihəsi elmi tövsiyələr nəzərə alınmaqla hazırlanıb.

Nazirlik vurğulayır ki, bu növlərin çıxarılması ciddi şəkildə məhdud miqdarda və səlahiyyətli orqanın nəzarəti altında aparılacaq.

Gözlənilir ki, görülən tədbirlər bu növlərin populyasiyalarının vəziyyətinin öyrənilməsinə, onların mühafizəsi və bərpası proqramlarının işlənib hazırlanmasına kömək edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır