Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

İtaliya Avropanın ən böyük sualtı tunelini inşa edəcək

İtaliya, Qərbi və Şərqi Genuyanı birləşdirəcək və Avropada ən böyük sayılacaq sualtı tunelini inşa etməyə hazırlaşır. Tunelin işə düşməsi Genuyanı ekologiyasına töhfə verəcək, çünki şəhərdə 10 hektaradək yaşıl sahə salınacaq.

AZƏRTAC xəbər verir ki, tunelin tikintisi liman şəhərinin nəqliyyat sisteminin tam yenidən qurulmasının da əsasını qoyacaq.

İtaliya hökumətinin məlumatına əsasən, uzunluğu 3,4 kilometr olacaq tunel 45 metr dərinlikdə çəkiləcək. Diametri təxminən 16 metrə çatacaq və dünyada dördüncü ən böyük tunel olacaq. Onun tikintisi üçün 1 milyard avro ayrılacaq. Layihənin məsul şəxslərinin sözlərinə görə, işlərin 2029-cu ildə başa çatdırılması planlaşdırılır.

Tunelin inşası nəticəsində 5 mindən çox yeni iş yeri yaranacaq və istismara verilməsi vətəndaşlara hər il səyahətə bir milyon saatdan çox qənaət etməyə və ətraf mühitə mənfi təsirləri azaltmağa imkan verəcək. Bu, avtomobil nəqliyyatında karbon dioksid emissiyalarının azaldılması sayəsində təmin ediləcək.

Bu gün dünyanın ən uzun yeraltı kanalı Norveçdəki sualtı Ryfylketunnelen avtomobil tunelidir. Onun uzunluğu 14,4 kilometrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır