Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Təkrar bazarda gəmilərin qiymətləri durmadan artır

İstifadə olunmuş tankerlərin qiymətləri son 15 ilin ən yüksək həddindədir, balkerlərin qiymətləri isə qlobal maliyyə böhranından sonrakı ən yüksək göstəriciyə yaxındır. Gəmi sahibləri bütün mövcud tonajlar üçün mübarizə aparırlar, nəticədə təkrar bazarda gəmilərin qiyməti yeni tikililərin qiymətlərinə yaxınlaşır.

“Seanews.az” “Clarkson Research”-in məlumatlarına istinadən xəbər verir ki, 2021-ci ilin əvvəlindən işlənmiş tankerlərin qiyməti 98%, balkerlərin qiyməti isə 85% artıb.

“Clarksons Research”-in qeyd etdiyi kimi, investorlar son illərdə böyük tutumlu neft tankerlərinə investisiya qoymaqdan böyük gəlirlər əldə edə biliblər.

Dünyadakı geosiyasi vəziyyətlə əlaqədar olaraq son iki ildə işlənmiş “Suezmax” tankerlərinin qiymətləri kəskin artıb.

Xclusiv gəmi brokerinin hesabatına görə, 2022-ci ilin fevralında bu ölçüdə olan beş yaşlı tanker təxminən 47 milyon dollara idi və hazırda 83 milyon dollar dəyərindədir. 10-15 yaşlı gəmilərin qiymətləri iki dəfədən çox artıb. Təkcə son dörd ayda 10 və 15 yaşlı “Suezmaxes” müvafiq olaraq 12% və 14% bahalaşıb.

2023-cü ilin oktyabr ayından etibarən işlənmiş “Capesize” balkerlərinin qiymətləri kəskin artıb. Həm qiymətlər, həm də satış həcmi yüksək səviyyədədir. 5 illik, 10 illik və 15 illik “Capesizes” balkerlərinin qiymətləri müvafiq olaraq 18%, 27% və 23% artıb. Bu, son beş ildə ən yüksək qiymətlərdir. Eyni zamanda, 2023-cü ilin oktyabrından 2024-cü ilin fevralına qədər 55 “Capesize” balkeri yenidən satılıb.

Qırmızı dənizdəki vəziyyət fonunda istifadə edilmiş konteyner gəmilərinin qiymətləri yenidən artır. “1850 TEU tutumlu 11 yaşlı “Starship Leo” konteyner gəmisinin 16 milyon dollara satılması yüksək tələbatın əlamətlərindən biridir”,-  deyə Braemar vurğulayır.

Yalnız bu ilin ilk iki ayı ərzində ümumi dedveyti 27 milyon ton və dəyəri 10 milyard dollar olan işlənmiş gəmilər sahiblərini dəyişib. Bu rəqəmlər göstərir ki, 2024-cü il təkrar bazarda gəmi satışı üçün rekord il olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır