Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında nərd turniri keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və struktura daxil olan digər təşkilatların əməkdaşlarının iştirakı ilə nərd turniri keçirilib.

Yarış ümumilikdə 25 nəfər iştirak edib.

Gərgin mübarizə şəraitində keçən oyunun qalibi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Famil Ağayev olub. “Bibiheybət” Gəmi Təmiri Zavodunun təmsilçisi Elşən Əhmədov ikinci, “ASCO Nəqliyyat” MMC-nin əməkdaşı Xəqani Hüseynov üçüncü yerdə qərarlaşıb.

Qaliblər hədiyyələrlə mükafatlandırılıblar.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə idman üzrə 2024-cü ilə dair illik iş planına əsasən keçirilən yarışın əsas məqsədi əməkdaşların asudə vaxtlarının maraqlı və səmərəli təşkil edilməsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır