Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Hindistan öz sığorta klubunu yaradacaq

Hindistan hökuməti milli gəmi sahiblərinin qarşılıqlı sığorta klubunu (“P&I Club”) yaratmaq niyyətindədir.

“Seanews.az”-in məlumatına görə, klubun xidmətləri ilkin olaraq daxili bazar üçün nəzərdə tutulacaq, sonra isə beynəlxalq bazara çıxmaq planlaşdırılır ki, bu da Hindistana sanksiyalardan yan keçməyə imkan verəcək.

Hindistan “P&I Club”u milli hökumətin dəstəyi ilə üzv gəmi sahiblərinin töhfələrinə əsaslanan müntəzəm qarşılıqlı sığorta klubu kimi fəaliyyət göstərəcək. Hindistanda artıq fəaliyyət göstərən “New India Assurance” və “GIC Re” kimi sığorta şirkətləri belə bir klubun yaradılmasına kömək edə bilər. Birinci mərhələdə hindistanlı gəmi sahiblərinin xarici sığorta şirkətlərindən asılılığının və potensial xərclərin azalacağı gözlənilir.

Belə bir klubun yaradılması gəmi sahibləri ilə yanaşı, Hindistanın neft emalı zavodları və bütövlükdə ölkə iqtisadiyyatı üçün faydalı olardı, çünki Hindistan Rusiya neftini sərfəli qiymətə alır. “Hindistanın ikinci ən böyük neft emalı zavodu “Nayara Energy Limited”in yarısı Rusiyanın “Rosneft” şirkətinə məxsusdur və yalnız Rusiya nefti ilə işləyir”, – nəşr yazır.

“Qərbin sanksiyaları Hindistanın Rusiya ilə ticarət etməsinə mane oldu. 2022-ci ildə fəaliyyətə başlayan Hindistan “Gatik Ship Management” tanker operatoru ilkin olaraq Rusiya ilə ticarətdə inkişaf etdi. Həmin vaxt iri xarici sığorta şirkətləri ona öz xidmətlərini göstərirdi, lakin onun tərəfindən sanksiyalara əməl edilməməsi ehtimalı ilə bağlı məlumatlara görə “Gatik Ship Management” ilə işləməkdən imtina etdilər. Operator sığorta şərtlərindəki dəyişiklikləri və digər səbəbləri əsas gətirərək bütün donanmasını (60 gəmi) satmaq məcburiyyətində qaldı”, - deyə nəşr aydınlıq gətirir.

Hələ 2023-cü ilin oktyabrında Hindistanın maliyyə naziri Nirmala Sitharaman demişdi ki, milli “P&I” klubu ölkənin beynəlxalq sanksiyalar və təzyiqlərə qarşı həssaslığını azaldacaq, həmçinin dəniz əməliyyatlarında strateji çevikliyi təmin edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır