Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“Xəzərdənizlayihə ETİ” yenidən ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutu (“Xəzərdənizlayihə ETİ”) ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə yenidən beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

“Bureau Veritas” şirkəti tərəfindən aparılan audit nəticəsində yenilənən sertifikat 2026-cı ilədək qüvvədə olacaq.

 “Xəzərdənizlayihə ETİ”  ISO 9001:2015 beynəlxalq standartı üzrə ilk sertifikatını 2020-ci ildə alıb.

Qeyd edək ki, ISO 9001:2015 sertifikatı idarəetmə və müştəri məmnuniyyətini qazanmaq istiqamətində görülən işləri müəyyən edən ən müasir beynəlxalq standartların tətbiqini nəzərdə tutur. Bu sertifikat İnstituta yeni layihələrdə iştirak etməyə, layihə işlərinin keyfiyyətini artırmağa və davamlı inkişafın təmin edilməsinə imkan verəcək.

1930-cu ildən fəaliyyət göstərən “Xəzərdənizlayihə ETİ” gəmi layihələrinin hazırlanmasında böyük təcrübəyə malikdir. Bundan başqa, institutun kollektivi sahildə hidrotexniki qurğuların layihələndirilməsi və təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması ilə məşğuldur.

“Xəzərdənizlayihə ETİ” ASCO-nun sifarişlərindən əlavə olaraq, kənar təşkilatlar üçün də layihələr yerinə yetirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır