Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Dəniz sərnişin daşımaları pandemiyadan əvvəlki səviyyəyə çatmayıb

Avropa İttifaqında dəniz sərnişin daşımaları 2022-ci ildə 30% artaraq 2021-ci ildəki 267,9 milyondan 348,6 milyon nəfərə çatıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Aİ-nin statistika idarəsinin (“Eurostat”) hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, bu rəqəm pandemiyadan əvvəlki 2019-cu il səviyyəsindən təxminən 17% azdır.

2008-ci ildən 2014-cü ilə qədər (2013-cü il istisna olmaqla) davamlı azalmadan sonra Avropa İttifaqı limanlarından istifadə edən sərnişinlərin ümumi sayı 2014-cü ildən 2019-cu ilə qədər artıb. Bununla belə, 2019-cu ildə 418,5 milyon sərnişinlə pik həddinə çatdıqdan sonra, pandemiya səbəbiylə 2020-ci ildə 45% kəskin azalma qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır