Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Veteran dənizçi Yusif Məmmədyarov 70 illik yubileyini qeyd edir

Gəmiçilik sahəsində 40 ildən çox təcrübəyə malik olan Yusif Məmmədyarov 70 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə yubilyarın gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb. Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yusif Məmmədyarov 24 dekabr 1953-cü ildə anadan olub.

İşgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə hər zaman xüsusi hörmətlə xatırlanan Yusif Məmmədyarovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır