Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Həştərxanda dəniz vağzalının tikintisi üçün yer ayrılıb

Həştərxanda yaxın 2-3 ildə dəniz vağzalı tikiləcək. Volqa və Xəzər dənizi boyunca inkişaf edən kruiz turizmi fonunda buna ehtiyac xüsusilə kəskindir.

“Seanews.az” xəbər verir ki, bu barədə TASS-a Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin “Rusiya” Beynəlxalq Sərgi və Forumunda danışıb.

"Biz qarşımıza belə məqsədi qoymuşuq, çünki Həştərxanda bütün tələblərə cavab verən çay və ya dəniz vağzalı olmayıb. Biz artıq dəniz vağzalının yerini müəyyənləşdirmişik və bu gün potensial investorlarla razılaşdırmalar aparılır. Sonra layihə-smeta sənədləri və tikinti gəlir. Düşünürəm ki, bu proses iki-üç il çəkəcək”, - İ. Babuşkin bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır