Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

“CMA CGM” 11 ildən sonra sərnişin daşıma bazarına qayıdır

“CMA CGM” şirkəti Fransanın “La Meridionale” sərnişin bərə operatorunun alınmasını başa çatdırıb. Beləliklə, konteyner daşıyıcısı öz kruiz şirkəti “Compagnie du Ponant”-ın satışından 11 il sonra sərnişindaşıma bazarına qayıdır.

“Seanews”-ın məlumatına görə, “La Meridionale”-nin donanmasına Fransa, Korsika və Mərakeş, həmçinin Barselona və Tanjer arasındakı marşrutlarda fəaliyyət göstərən dörd sərnişin və yük bərəsi daxildir.

“CMA CGM” enerji səmərəliliyini artırmaq və ətraf mühitə təsirini azaltmaq üçün “La Meridionale”-nin donanmasını modernləşdirmək niyyətindədir. Şirkət LNG və metanolla işləyən, limana yan alarkən tullantıları sıfra endirən iki yeni gəmi sifariş etməyi planlaşdırır. Yeni gəmilər Korsika və Marsel arasındakı marşrutlardakı ən qədim gəmiləri əvəz edəcək.

Xatırladaq ki, “CMA CGM” bu ilin fevralında sərnişindaşıma seqmentinə qayıtmaq niyyətini açıqlamışdı.

“CMA CGM” 2004-cü ildə “Compagnie du Ponant” şirkətini almışdı və konteyner daşınmasına diqqət yetirmək üçün 2012-ci ildə satmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır