Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Keçmişdən gələcəyə salınan körpü” layihəsi çərçivəsində tələbələrin gəmi-muzeyə ekskursiyası təşkil olunub

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən gələcəyə salınan körpü” layihəsi çərçivəsində "Suraxanı" gəmi-muzeyinə ekskursiyası təşkil olunub.

AzEdu.az xəbər verir ki, ekskursiyada THİK QƏTM-in sədri Şəfiqə Qurbanova, Tarix Klubunun direktoru Ziyad Ağayev və fakültələrin fəal tələbələri iştirak ediblər.

Qeyd edək ki, 2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olub. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Gəmi-muzey maraqlı eksponatlarla zəngindir. Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Tələbələr Naviqasiya masasında Xəzər dənizində üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanış olub və sonda xatirə şəkilləri çəkdiriblər.

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır