Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

"Dənizçilər" Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turnirinin qrup mərhələsinə vəsiqə qazanıb

52 dövlət qurumunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri davam edir.

Turnirin ilkin mərhələsinin “play-off” qarşılaşmasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) futbol komandasının rəqibi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin futbolçuları olublar.

Qarşılaşma bərabər hesabla bitib. Hər iki tərəf oyunda qapıdan 3 qol keçirib. Penaltilər seriyasında ASCO-nun komandası  1:3 heabı ilə rəqibini üstələməyi bacarıb.

Beləliklə, "Dənizçilər" turnirinin qrup mərhələsinə vəsiqə qazanıblar.

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə dövlət qurumları arasında təşkil etdiyi yarış 2023-cü il mayın 6-dək davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır