Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük limanlarının ümumi konteyner dövriyyəsi 423 milyon TEU təşkil edib

Dünyanın ən böyük limanlarının ümumi konteyner dövriyyəsi 2022-ci ildə 1% və ya 5 milyon TEU artaraq 423 milyon TEU təşkil edib.

Eyni zamanda, ötən il limanlarda konteynerlərin aşırılmasının ümumi həcmi azalıb. 2021-ci ildəki 180,7 milyon TEU ilə müqayisədə 2022-ci ildə (3,9% az) 173,7 milyon TEU olub.

Birinci yerdə 47,2 milyon TEU ilə Şanxay qərarlaşıb. 2021-ci illə müqayisədə keçən il dövriyyə artımı 0,5% təşkil edib.

İkinci yerdə 2022-ci ildəki 37,3 milyon TEU göstərici ilə Sinqapur gəlir (2021-ci ildə 37,4 milyon TEU).  

İlk üçlüyü 33,3 milyon TEU ilə Ninbo-Çjouhan qapayır.

İlk 30 limandan 11-nin dövriyyəni 2022-ci ildə azalıb.

Ən sürətlə inkişaf edən 10 limandan yeddisi Çinə məxsusdur. Onlar həm də ən təsirli dinamikaya sahibdirlər. Ninbo-Çjouhan 2,3 milyon TEU, Sindao 2 milyon TEU, Şenşen  1,3 milyon TEU artıma nail olub.  

Nyu-York/Nyu Cersi (+0,5 milyon TEU), Manila (Filippin) və Tanjer (Mərakeş) limanları göstəricilərdə müvafiq olaraq 0,5 milyon və 0,4 milyon TEU artıma imza atıblar.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır