Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Rəqəmsal platforma yanacaq əməliyyatlarının səmərəliliyini artıracaq

Sinqapur limanında mayeləşdirilmiş təbii qazla işləyən gəmiləri yanacaqla təchiz etmək üçün rəqəmsal platforma hazırlanır.

“Seanews.az”ın məlumatına görə, “Pavilion Energy Group” ilə “DNV” təsnifat cəmiyyətinin birgə hazırladığı xüsusi rəqəmsal bunker platforması “FuelBoss” adlanır. Müştərilər üçün proseslərin bütövlüyünə, məlumatların şəffaflığına və əməliyyat səmərəliliyinin təkmilləşdirilməsinə xüsusi fikir verilib. Həll yoluna təchizat yanacağının tədarükü üçün yoxlama siyahılarının və elektron qaimə-fakturaların rəqəmsallaşdırılması daxildir.

LNG təchizatı üçün hazırlanmış “FuelBoss” proqramı 2021-ci ilin əvvəlində istifadəyə verilib. Onun köməyi ilə indiyədək 400-dən çox yanacaq təchizatı əməliyyatı aparılıb. Platforma vasitəsilə 20-dən çox gəmi sahibi-müştəri, əsasən Avropadakı yanacaq təchizatçıları ilə əlaqə saxlaya bilib. Bu platformadan istifadə edənlər ticarət edərkən vaxta xeyli qənaət etdiklərini bildirirlər.

Birgə layihə “Pavilion Energy” və “DNV”-nin 2021-ci ildə Sinqapurda LNG bunkerini rəqəmsallaşdırmaq üçün imzaladığı əməkdaşlıq sazişinə əsaslanır. O vaxtdan bəri tərəflər “FuelBoss” platformasının təkmilləşdirilməsinə öz töhfələrini veriblər.

Qeyd edək ki, “Pavilion Energy”, baş ofisi Sinqapurda yerləşən “Temasek”-in törəmə şirkətidir. O, Cənub-Şərqi Asiya və Avropada müxtəlif təbii qaz və inteqrasiya olunmuş xidmətlərin əsas təchizatçısıdır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır