Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Banqladeşə “Ada” sinfinə məxsus korvetlər təklif edilib

Türkiyə Banqladeşə 8 ədəd “Ada” sinfinə məxsus korvet təklif edib. STM tərəfindən edilən təklifə texnologiya transferi də daxildir.

Ordu.az xəbər verir ki, bu barədə Banqladeşin “Defseca” nəşri məlumat yayıb.

Korvetlərin əksəriyyətinin Banqladeşdə inşa ediləcəyi bildirilir.

Banqladeşin 32 borulu Şaquli Buraxılış Sistemi istədiyi və bu səbəbdən gəminin uzadılmasının mümkün olduğu bildirilir.

“Ada” korvetləri hava, yerüstü və sualtı hədəfləri aşkarlaya, yerini təyin, təsnif, müəyyən edə və məhv edə, habelə dəniz artilleriya dəstəyi təmin edə bilər. Korvetlər həmçinin dəniz nəzarəti və patrul, sahil və infrastrukturun mühafizəsi, eksklüziv iqtisadi zona təftişi və nəzarəti kimi dəniz əməliyyatlarını yerinə yetirir.

“Ada” sinfinə məxsus korvet Türkiyə Hərbi Dəniz Qüvvələri üçün “MilGem” layihəsi çərçivəsində hazırlanıb. Türkiyə Hərbi Dəniz Qüvvələri inşa edilmiş 4 korvetin hamısını istifadəyə verib. Bu çərçivədə “Ada” sinfinə məxsus korvetlər Ukrayna və Pakistana da ixrac edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır