Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

200 min ton yük daşıyan gəmi yelkənləri qaldırır - VİDEO

Ənənəvi yanacağın qiymətlərinin dinamik artımı kontekstində operatorlar artıq istismarda olan gəmilərdə əlavə güc qurğularının quraşdırılması imkanları barədə getdikcə daha çox düşünürlər.

“Seanews.az” xəbər verir ki, bu yaxınlarda Britaniyanın “BAR Technologies” konstruktor şirkəti və Norveçin “Yara Marine Technologies” korporasiyası “Berge Olympus” balkerini müasir “WindWings” yelkən sisteminin dörd dirəyi ilə təchiz etmək qərarına gəliblər.

Bu “Newcastlemax” kömür daşıyıcısı 2018-ci ildə istismara verilib. 300 metr uzunluğa və 211,150 ton dedveytə malik balker Böyük Britaniyada qeydiyyatdan keçib və “Yara Marine”-nin Sinqapurdakı törəmə şirkəti “Berge Bulk” tərəfindən idarə olunur.

Gəmidə tam avtomatlaşdırılmış “WindWings” yelkən sisteminin 2023-cü ilin ikinci rübündə quraşdırılacağı gözlənilir. “WindWings”-in əsas elementləri təqribən 5 metr hündürlüyündə qanad formalı bərk yelkənləri olan dirəklərdir.

Ekspertlərin fikrincə, uzun okean keçidləri zamanı belə sistemin istifadəsi yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldacaq və ənənəvi hərəkət sistemləri ilə müqayisədə atmosferə karbon qazı emissiyasını demək olar ki, üçdə bir qədər azaldacaq.

Bu, artıq uzun müddət istismarda olan kifayət qədər böyük gəmilərdə “WindWings” sisteminin quraşdırılması üçün ikinci müqavilədir. İyunun əvvəlində oxşar razılaşma dedveyti 80 962  olan “Pyxis Ocean” gəmisi üçün də əldə olunub. Gəminin nisbətən çox da böyük olmayan ölçüsünə görə o, yalnız iki belə dayaqla təchiz edilmişdir.

Lakin hətta dörd dirək böyük tonajlı müasir "yelkənli" yük daşıyıcısı üçün son hədd deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır