Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Elektrik enerjisi ilə işləyəcək sərnişin gəmisinin dəniz sınaqları başa çatıb

Çin gəmi inşaatçıları daxili su yollarında istismar üçün nəzərdə tutulan və tamamilə elektrik enerjisi ilə işləyəcək sərnişin gəmisinin dəniz sınaqlarını başa çatdırıblar.

“Seanews.az” xəbər verir ki, yeni nəsil kruiz gəmisinin yaradılması Çinin “Energy China Yangtze Power” (“CYP”) enerji  və “Yichang Jiaoyun Group” (“YJG”) gəmiqayırma şirkətlərinin 2019-cu ildə başlanan  müxtəlif tipli elektrik gəmilərinin tikintisi üzrə birgə layihəsinin nəticəsi idi.

100 metr (328 fut) uzunluğunda və 16 metr (53 fut) enində layner göyərtəsinə 1300 sərnişini qəbul edəcək.

“Three Gorges 1” adlandırılan gəminin hərəkəti gücü 7500 kVt/saat ola  akkumulyatorların hesabına təmin ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır