• Bakı, 2022-01-21,
Seanews
Heyder Eliyev

Çoxməqsədli gəmi bir metr qalınlığında buzları belə rahat aşa biləcək

Kiyev və Kopenhagen Ukraynanın dəniz potensialının gücləndirilməsi və çoxməqsədli gəmilərin birgə yaradılması üzrə əməkdaşlığı nəzərdə tutan memorandum imzalayıblar.

“Seanews.az” xəbər verir ki bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb:"Ukraynanın İnfrastruktur Nazirliyi və Danimarka Krallığının Müdafiə Nazirliyi arasında Ukraynanın dəniz potensialının gücləndirilməsinə dair əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma uyğun olaraq çoxməqsədli gəmilərin inşası planlaşdırılır".

İstehsal Ukrayna ərazisində təşkil olunacaq və sifarişlərin yarısından çoxu yerli müəssisələr tərəfindən yerinə yetiriləcək.

“Yeni Ukrayna-Danimarka gəmiləri Ukraynadakı zavodda danimarkalı tərəfdaşlarımızın layihəsi əsasında, qabaqcıl təcrübədən, eləcə də müasir avadanlıqlardan istifadə edilməklə tikiləcək”, - deyə İnfrastruktur naziri Aleksandr Kubrakov bildirib.

Danimarka hökumətinin  dəstəyi ilə həyata keçiriləcək layihədə sifarişçinin bütün tələbləri nəzərə alınacaq. Uzunluğu 84 metr, eni 17,6 metr olan gəmi 1 metr qalınlığında buzları belə rahat aşa biləcək.

İlk “MPV80” gəmisinin tikintisinin 2024-cü ilə kimi başa çatdırılması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır