Yeni texnologiya fırtınalı günlərdə səfərlər zamanı dənizçiləri və sərnişinləri xoşagəlməz hislərdən qoruyacaq
Amerika gəmi inşaatçılarının yenilikləri hətta fıırtınalı günlərdə səfərlər zamanı xoşagəlməz hislərdən qaçmağa imkan verəcək.
“Seanews.az”-ın məlumatına görə, ABŞ-ın Kaliforniya ştatındakı “Servo Yachts” şirkəti küləkli günlərdə dənizdə səyahət zamanı sərnişinlər və heyət üzvləri üçün rahat şəraiti təmin etməyə qadir olan gəmi gövdəsinin elektrik sabitləşdirici sistemini yaradıb.
Texnologiya səkkiz il ərzində işlənib hazırlanıb və sisteminin daha əvvəl nümunələri nisbətən kiçik (5-15 m) motorlu yaxtalarda sınaqdan keçirilib. Sabitləşdirmə sisteminin son dəniz sınaqları 50 metrlik (165 fut) “Martini 7.0” katamaranında aparılıb və hətta dəniz xəstəliyinə çox meylli insanlara münasibətdə ürəkbulanmanın qarşısını almaq baxımından kifayət qədər səmərəli olub.
Qeyd edək ki, “Martini 7.0” eksperimental superyaxtası “Servo Yachts” tərəfindən Britaniyanın “Shuttleworth Design” konstruktur firması ilə birgə layihələndirilib.