Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Dünyanın ilk hibrid avtomobil daşıyan gəmisi istismara hazırdır 

Birləşmiş Avropa Avtomobil Daşıyıcıları (UECC) dünyanın ilk hibrid avtomobil daşıyan gəmisini istismara qəbul edib.

“Seanews.az” xəbər verir ki, “Auto Advance” adlı gəminin uzunluğu 169 metr, eni 28 metrdir.

10 göyərtəsi olan gəmi bir səfərdə 3,6 min avtomobil daşıya bilər.

UECC-də həm mayeləşdirilmiş təbii qazla, həm də akkumulyatordan istifadə etməklə işləyəcək belə gəmilər hesabına 2030-cu ilə qədər ətraf mühitə karbon qazı tullantılarını 40% azaltmağa ümid edirlər.

 “Auto Advance”,  UECC-nin Çinin “Jiangnan Shipyard”  gəmiqayırma zavoduna sifariş etdiyi üç hibrid avtomobil daşıyıcısından birincisidir. Digər iki gəmi 2022-ci ildə istismara veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır