Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

İlk dəniz CO2 tutma qurğusu balkerdə sınaqdan keçiriləcək

“Kawasaki Kisen Kaisha” (“K Line”) və “Mitsubishi Shipbuilding” dünyanın ilk dəniz CO2 tutma qurğusunu sınaqdan keçirməyi planlaşdırırlar.

“Seanews”-ın əldə etdiyi məlumata görə, portativ CO2 tutma qurğusu, “K Line”-nin Yaponiyanın “Tohoku Electric Power” enerji şirkəti üçün istismar etdiyi dedveyti 89.000 olan “Corona Utility” balkerində quraşdırılacaq.

Sınaq səfərində “Mitsubishi Shipbuilding”-in  mütəxəssisləri qurğunun istismar keyfiyyətlərini qiymətləndirəcək, tutulan CO2-ni analiz edəcək və sınaq bitdikdən sonra ətraf mühit üçün təhlükəsizliyini dəyərləndirəcəklər.

Sınaq səfərin 2022-ci ilin mart ayınadək keçirilməsi planlaşdırılır.

Bu, CO2 tutma qurğusunun dənizdə ilk nümayişkaranə sınağı olacaq.

Mütəxəssislər həmçinin tutulacaq CO2-ni sintetik yanacaq üçün xammala çevirmək barədə düşünürlər.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır