• Bakı, 2020-10-21,
Seanews
Heyder Eliyev

Müxtəlif limanlarda heyət dəyişikliyi barədə vəziyyəti əks etdirən interaktiv xəritə istifadəyə verilib

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (ITF) dünya limanlarında heyət dəyişikliklərinin son vəziyyətinə uyğun hər gün yenilənən interaktiv xəritə hazırlayıb.

"Seanews.az" xəbər verir ki, dünya ölkələri və limanları koronavirusun yayılması səbəbiylə xarici vətəndaşların hərəkətinə məhdudiyyətlər qoyub. Sahilə enmək və heyət dəyişikliyi həm dənizçilər, həm də gəmi sahibləri üçün böyük bir çətinliyə və maddi sərfiyyata çevrilib.

Pandemiya zamanı yükdaşıma əməliyyatları ləğv olunmasa da, dənizçilərin sahilə enməsi və xüsusən də heyət dəyişikliyi bütün dünyada qadağan edilib. Hər hansı bir ölkə dənizçilərin hərəkətinə qoyulan məhdudiyyətləri qismən aradan qaldırsa da, heyət dəyişikliyi çox çətin bir prosesə çevrilib.

İnteraktiv xəritə dənizçilərə müəyyən bir ölkədəki növbələrlə bağlı vəziyyət və ona uyğun necə hazırlaşmaq barədə təsəvvür yaratmağa kömək edəcək.

Ölkənin adının üzərinə klik etməklə həm həmin ölkədəki heyət dəyişikliyi barədə məlumat əldə etmək, həm də Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının inspektorları ilə əlaqə quraraq daha ətraflı məlumat əldə etmək mümkün olacaq.

Xəritəyə bu linkdə baxa bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır