• Bakı, 2020-10-01,
Seanews
Heyder Eliyev

Elektrik katamaran “Ekovolt” ictimaiyyətə təqdim olunub

Rusiyanın “NPK Morsvyazavtomatika” mühəndislik şirkəti öz gəmiqayırma zavodunda hazırlanmış “Ekovolt” katamaranını təqdim istifadəyə verib. 

"Seanews.az" xəbər verir ki, iki göyərtədən ibarət gəminin maksimal sürəti 7 uzeldir, 140 kilometrə qədər məsafəni qət edə bilir. “Ekovolt” 60 nəfər insanı daşımaq imkanına malikdir.

“Ekovolt”un əsas xüsusiyyətlərindən biri də onun səssiz işləməsi və tullantı qazlarının olmamasıdır. Batareyalardan istifadə “Ekovolt”u dizel mühərriklərinin istifadəsindən azad edib və sərnişin daşınmasını kifayət qədər asanlaşdırıb. Bu səbəbdən gəminin salonunda əlavə səs-küy eşidilmir və tullantı qazlarının qoxusu hiss olunmur.  

Gəmi avadanlıqlarının böyük hissəsi, o cümlədən bütün enerji təchizatı və paylama sistemi, habelə yüksək tutumlu şarj stansiyaları şirkətin özü tərəfindən hazırlanıb. “NPK Morsvyazavtomatika” şirkətinin enerji saxlama sistemləri müvafiq sertifikatlar alıb.

Gəminin təqribi qiyməti 80-85 milyon rubldur.

“Ekvolot 2” gəmisinin uzunluğu 19 metr, sürəti 15 uzel, sərnişin tutumu isə 100 nəfər olacaq. Bu gəminin də platforması “Ekovolt” gəmisi kimi transformasiya xüsusiyyətinə malik olacaq.

Sözügedən gəmilərin elektrik enerjisi ilə çalışması səbəbindən gəminin xərci 5-7 dəfə azalır. 

Gəmi tam şarj edilmiş batareya ilə 8 saat işləyə bilir. Batareyanın şarj edilməsi isə bir saat vaxt aparır. Şəhər rəhbərliyinə Sankt-peterburqun sahillərində xüsusi enerji doldurma məntəqələrinin qoyulması üçün müraciət olunub və texniki həllər artıq hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır