"Wärtsilä" şirkəti yeniliyə imza atıb
Finlandiyanın “Wärtsilä” texnoloji qrupu FuelFlex sisteminin ikitaktlı “RT-flex” dizel mühərriklərinə yanacaq ötürməsinə (dəniz mazutu və az qatılığı olan gəmi yanacağı) nəzarət üçün yeni bir həll təklif edib.
"Seanews.az" xəbər verir ki, bu həll “Wärtsilä” şirkətinin “RT-flex96C-B” və “RT-flex84T-D” ikitaktlı mühərrikləri ilə təchiz olunmuş gəmilərdə yenilənmə üçün istifadə edilə bilər. Yeni “FuelFlex ICU”, sızmanın qarşısını almaq və bütün komponentlərin uzunömürlülüyünü təmin etmək üçün daha dayanıqlı materiallar və digər müasir detallarla təchiz olunub.
“Wärtsilä” şirkəti nəqliyyat sənayesi, neft, elektrik və digər sənaye sahələri üçün mühərriklərin və digər sistemlərin istehsalında dünya lideridir. 19 min nəfər əməkdaşı olan şirkətin 80 ölkədə 200-dən çox nümayəndəliyi fəaliyyət göstərir.