Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

nizçilərə faydalı olacaq proqram təminatları yaradı

Dənizçilərin səfərlərini daha rahat və təhlükəsiz edəcək və onlara faydalı olacaq proqramlar tərtib edilib. “Anti-Shipping Activity” mobil telefon proqramı quldurluq, oğurluq  halları zamanı hadisənin coğrafi mövqeyi haqqında dəqiq məlumat təqdim edir. Proqramda təhlükəsizlik barədə məlumatlar yerləşdirilib və bunun üçün internetə ehtiyac qalmayacaq. Proqram “Apple” istehsalı olan cihazlar vasitəsilə yüklənə biləcək. Dənizçilər müxtəlif xəstəliklər və xəsarətlər zamanı ilk tibbi yardım haqqında məlumatı  “First Aid” proqramından istifadə etməklə ala bilərlər. Proqram foto və video materiallarla müşayiət olunan izahlı tövsiyələrdən ibarətdir və işə salındıqda internet bağlantısı tələb etmir. “Port State Inspections Pocket Checklists” və “Marpol Pocket Checklist” proqramları Dənizlərin Gəmilərdən çirklənməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiyanın (MARPOL) və dövlət liman nəzarətinin (PSC) tələblərinə uyğunluq yoxlanışını həyata keçirmək üçün köməkçi platformalardır. Bu proqramlar gəmilərin hansı hallarda saxlanılması mümkünlüyünü, lazımi qanunvericilik və tənzimləyici tələblərini özündə birləşdirir. Proqram vasitəsilə tamamlanmış yoxlama siyahıları elektron ünvana göndərilə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır