Rolls-Royce” və “Google” arasında avtonom gəmi ortaqlı
“Google” və “Rolls-Royce” gəmilərdə süni intellekt sistemini inkişaf etdirmək üçün birgə əməkdaşlıq edəcək. “seanews.az” xəbər verir ki, bununla bağlı iki şirkət arasında müqavilə imzalanıb. Sənədə əsasən, “Rolls-Royce” “Google”-un “Cloud Machine Learning Infrastructure” sistemindən istifadə edəcək. Bununla da dənizdə gəminin qarşılaşa biləcəyi təhlükələri izləmək mümkün olacaq. Gəmi ətrafına quraşdırılan kameralarla işləyəcək bu texnologiya sayəsində kapitanlara ehtiyac qalmayacağı bildirilir. “Rolls-Royce” şirkəti məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, ağıllı məlumatlandırma sistemi gəmilərin və heyətin dənizdə daha təhlükəsiz olmasını təmin edəcək. Bununla belə, sistem əməliyyat xərclərini xeyli azaltmağa imkan verəcək.