Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

niz məhsulları daşıyan “ağıllı robot-konteynerlər” yaradıl

Tezliklə dəniz və okeanlarda özü hərəkət edən “ağıllı robot-konteynerlər” yaradılacaq. Belə ki, Norveç mütəxəssisləri dəniz məhsulları daşıyan özü hərəkət edən konteynerlərin layihəsini gerçəkləşdirmək niyyətindədirlər. Bu konteynerlər avtonom şəkildə limanlara daxil ola biləcək. Hazırda özü hərəkət edən konteynerlər layihəsi  Oley Yoxan Lennum və Norveç Texniki və Təbii Elmlər Universitetindən tələbə qrupu tərəfindən idarə olunur. Sistem göstərilən qaydada işləyəcək: xüsusi proqram vasitəsilə yük sahibi rəqəmsal platformaya müraciət göndərəcək və bununla da sifariş edilmiş məhsul robotlaşdırılmış konteynerin köməyi ilə təyin olunmuş yerə daşınacaq. Qeyd edək ki, konteynerlər məhsulların  xarab olmaması üçün soyuducu sistemi ilə təchiz ediləcək. “Ağıllı robot-konteyner” təyin olunmuş gəmidən ayrılaraq ən yaxın limana göndərilə biləcək və ya daha əlverişli marşrutla hərəkət etmək üçün ən yaxın gəmini dənizin ortasında gözləyəcək. İlk özü hərəkət edən konteynerin istifadəyə veriləcəyi vaxt, həmçinin layihənin dəyəri hələ açıqlanmır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır