• Bakı, 2019-12-13,
Seanews
Heyder Eliyev

keyfiyyətli skuterlərlə 40 metr dərinliyə enmək mümkündür -

Son zamanlar sualtı səyahətlər o qədər geniş vüsət alıb ki, artıq sualtı skuterlərin istehsalçıları hər il yeni modellərin təqdimatını keçirirlər. Skuterlər əsrarəngiz sualtı aləmi müşahidə etməyə imkan verir. Bu sualtı avadanlıq vasitəsi ilə heç bir fiziki qüvvə sərf etmədən dənizdə kifayət qədər uzun məsəfaləri də qət etmək mümkündür. Sualtı skuterlər XXI əsrin ixtiralarındandır. Bu avadanlıq dayvinq idman növünün məşhurlaşmasından sonra meydana gəlib. Skuterlərin ümumi çəkisi 12-14 kq arasında dəyişir.  Maksimal sürəti isə 3.3 uzel olur. Dünyada ən keyfiyyətli skuterlər “Seadoo Explorer” şirkətinə məxsusdur. Onların köməyi ilə 40 metr dərinliyə enmək mümkündür. “Seadoo Explorer” şirkəti çay skuterləri də istehsal etməyə başlayıb. Onlar əlavə mühərriklərlə təchiz olunub.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır