Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-06,
Seanews
Heyder Eliyev

Aparıcı gəmiçilik şirkətləri “Captain’s Eye” süni intellekt təhlükəsizlik texnologiyasına sərmayə yatırıb

Süni intellekt əsaslı təhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşmış “Captain’s Eye” şirkəti A seriyalı maliyyələşdirmə raundunu uğurla başa çatdırıb.

"Seanews.az" xəbər verir ki, yığılan investisiyalar arasında dünyanın aparıcı gəmiçilik qrupları – "Eastern Pacific Shipping" (EPS), "MOL PLUS" (Mitsui OSK Lines-in innovasiya bölməsi) və "The Caravel Group" yer alıb.

Bu investorların idarəçiliyində və ya nəzarətində ümumilikdə 1 700-dən çox gəmi mövcuddur. Onlar “Captain’s Eye”ın süni intellektlə işləyən video-analitika sistemini donanmalarda, limanlarda və quru obyektlərində genişləndirmək məqsədini dəstəkləyirlər. Maliyyələşdirmə raundunun şərtləri açıqlanmayıb.

2020-ci ildə Uri Ben Dor və Doron Oizerovich tərəfindən təsis olunan “Captain’s Eye” real vaxt rejimində yanğın riski, sızma və ya heyətin təhlükəsiz davranış qaydalarının pozulması kimi təhlükə və insidentləri aşkarlayan AI əsaslı sistem hazırlayıb. Bu texnologiya artıq yüzlərlə gəmiyə quraşdırılıb.

Şirkətin baş direktoru Uri Ben Dor bildirib ki, yeni investorlar yalnız maliyyə dəstəyi deyil, həm də texnologiyanın inkişafını və qlobal miqyasda tətbiqini sürətləndirəcək strateji imkanlar gətirir.

"EPS"-in baş direktoru Siril Duko sistemi “təhlükəsizliyin və davamlılığın artırılmasında oyun dəyişdirici” adlandırıb.

"MOL PLUS"-ın baş icraçı direktoru Taküya Sakamoto isə texnologiyanın xüsusilə avtomobildaşıyan gəmilərdə yanğınların qarşısını alma potensialına diqqət çəkib.

"The Caravel Group"-un əməliyyatlar üzrə rəhbəri Anqad Banqa isə qeyd edib ki, bu sistem ənənəvi gəmiçilik idarəçiliyi ilə inteqrasiya olunaraq riskləri azaldır və performansı artırır.

“Captain’s Eye” əlavə edib ki, bu maliyyələşdirmə gəmidaşıma sektorunda daha geniş tendensiyanı əks etdirir, operatorlar artıq daha çox risklərin erkən aşkarlanmasına, davamlılığa və təhlükəsizlik standartlarının yüksəldilməsinə önəm verirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır