Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-20,
Seanews
Heyder Eliyev

"Xeneta AS" dənizçilik və təchizat zənciri üzrə intellektual analitika şirkəti olan "eeSea" şirkətini alıb

Norveçin paytaxtı Osloda yerləşən dəniz və hava yükdaşıma tariflərinin müqayisəsi və bazar analitikası platforması "Xeneta AS" dənizçilik və təchizat zənciri üzrə məlumat şirkəti olan "eeSea"-nı satın alıb.

"Seanews.az" xəbər verir ki, əsas məqsəd müştərilərə konteyner daşımalarının qiymətləndirilməsi və optimallaşdırılması prosesində daha geniş məlumat bazası təqdim etməkdən ibarətdir.

“Bu gün "Xenet"a üçün mühüm bir mərhələdir. "eeSea" ilə bir araya gələrək, məlumatlarımızı və bacarıqlarımızı birləşdirməyimiz okean daşımalarında şəffaflıq və səmərəliliyi artırmaq istiqamətində ortaq missiyamızı daha da gücləndirir” – deyə "Xeneta"-nın baş icraçı direktoru Patrik Berqlund bildirib.

O əlavə edib ki, birləşdirilmiş məlumat mənbələri və əhatə dairəsi müştərilərə xərclərə nəzarət və çatdırılma etibarlılığı baxımından daha praktik həllər təqdim edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır