





























class="p1">ASCO-nun Təlim Tədris Mərkəzində "AROV Challenge 2025" yarışının final mərhələsi keçirilib
STEAM Azərbaycanın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, ASCO, SOCAR Dalğıc, “Blue Robotics”, “Onshape” platformasının dəstəyi ilə"Azerbaijan ROV Challenge 2025" yarışının final mərhələsi təşkil olunub.
Sualtı və suüstü texnologiyalara əsaslanan yarış ASCO-nun Təlim Tədris Mərkəzinin hovuzunda baş tutub.
İki gün davam edən yarışlar zamanı iştirakçılar real həyatı əks etdirən ssenarilər əsasında robot sistemləri dizayn edərək proqramlaşdırıb və müxtəlif çətinlik dərəcələrində tapşırıqları yerinə yetirərək mühəndislik, innovasiya və komanda işi bacarıqlarını sərgiləyiblər.
Yarışın yekununda qaliblər mükafatlandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır