

Cənubi Koreyanın iki gəmiqayırma zavodu gəmilər üçün yeni orta gərginlikli enerji sistemi hazırlayıb
“ABS” “HD Korea Shipbuilding & Offshore Engineering” (HD KSOE) və “HD Hyundai Heavy Industries” (HD HHI) tərəfindən işlənib hazırlanmış Orta Gərginlikli Birbaşa Cərəyan (MVDC) enerji sistemi üçün “Yeni Texnologiya Sertifikatı” (New Technology Qualification – NTQ) verib.
“Seanews.az” xəbər verir ki, “Breakerless-MVDC Power System” adlanan bu texnologiya “HD Hyundai”-nin modul tipli sürət ötürücü sistemi üzərində qurulub və dünyada ilk dəfə ABS-dən NTQ sertifikatı alaraq texnologiyanın səmərəliliyi və yetkinliyi üzrə sistemli qiymətləndirmədən keçdiyini təsdiqləyib.
“Əməkdaşlıq gəmiçilik sənayesinin tələb etdiyi texnoloji inkişafı təhlükəsiz şəkildə sürətləndirmək üçün əsas amildir. “HD KSOE” və “HD HHI” ilə əlaqələrimizi dərinləşdirərək növbəti nəsil gəmiləri formalaşdıracaq qabaqcıl həlləri birgə araşdırmaqdan məmnunuq,” – deyə "ABS"-in Baş vitse-prezidenti və Baş texnologiya direktoru Patrik Rayan bildirib.