

Metanolla işləyən ən böyük Kamsarmax tipli balker gəmi suya buraxılıb
Filippinlərdə yerləşən Tsuneishi Shipbuilding şirkətinin Tsuneishi Heavy Industries (Cebu) gəmiqayırma müəssisəsində metanolla işləyə bilən yeni nəsil Kamsarmax tipli balker gəmi suya buraxılıb.
Tikinti işləri başa çatdıqdan sonra gəmi ikili yanacaq sistemi ilə təchiz olunacaq. Bu sistem onun həm ənənəvi yanacaqla, həm də metanolla işləməsinə imkan verəcək. Tsuneishi şirkətinin bildirdiyinə görə, bu, dünyada metanolla işləyə bilən ən böyük Kamsarmax tipli balker olacaq.
Gəminin uzunluğu 229 metrdir və onun ilk səfərinə 2026-cı ilin yanvarında çıxması planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır