Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Hamburq limanı konteyner və kruiz gəmilərinə sahildən enerji təklif edir

Hamburq limanı Avropada kruiz və konteyner gəmiləri üçün sahil enerjisi təklif edən ilk liman olacaq.

“Seanews.az” “Marine Insight”-a istinadən xəbər verir ki, “CMA CGM” qrupuna məxsus “Vasco de Gama” konteyner gəmisi artıq Hamburq konteyner terminalında sahil enerjisi ilə təmin edilib.

Gələcəkdə konteyner gəmiləri dokda olarkən mühərriklərdən istifadə etmək əvəzinə, sahildəki bərpa olunan enerji mənbələrindən enerji ala bilər.

İki illik inkişaf mərhələsində layihəyə təxminən 13 milyon avro sərmayə qoyulub.

Almaniya hökuməti Federal İqtisadiyyat və Ətraf Mühitin  Mühafizəsi Nazirliyi vasitəsilə xərclərin 50%-ni öz üzərinə götürüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır