Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“HAV Design” bərə xidməti üçün innovativ avtonom gəmilər layihələndirəcək

Norveçin “HAV Design” şirkəti (“HAV Group”-a daxildir) ölkənin şimal-qərb sahilindəki Lavik-Oppedal bərə keçidinə xidmət göstərəcək dörd avtonom, sıfır emissiyalı bərə layihəsi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, Norveçin nəqliyyat şirkəti və donanma operatoru “Fjord1”  2023-cü ilin oktyabrında dörd bərə üçün texnologiya tərəfdaşı və əsas təchizatçı kimi “HAV Group”-un seçildiyini bildirib. Bərələrin tikintisi üçün sifarişin Türkiyənin gəmiqayırma zavodlarından birinə verilməsi gözənilir.

Bərələrin ilk səfərləri 2026-cı il sentyabrına planlaşdırır. Onların istismarı zamanı yüksək avtomatlaşdırma dərəcəsinə malik avtonom naviqasiya sistemindən istifadə olunacaq.

İnnovativ gəmilərin işləyəcəyi 5,6 km-lik Lavik-Oppedal bərə marşrutunda səfər müddəti 20 dəqiqədən çox çəkməyəcək.

“HAV Group ASA”-nın mühəndislik-konstruktor bölməsi “HAV Design AS” Fosnavogda (Norveç) yerləşir. Norveçin “HAV Grup”u dəniz sənayesi üçün texnologiya və xidmətlərin beynəlxalq təchizatçısıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır